[b]Rüstəm Rəhimovla bağlı "Bu mənim alın yazımdır" kitabı işıq üzü gördü[/b]
16.02.2017 - 12:54
[b]Rüstəm Rəhimovla bağlı "Bu mənim alın yazımdır" kitabı işıq üzü gördü[/b]

Ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimovdan bəhs edən kitab işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, kitabda onun həyat və fəaliyyəti əks olunub.

 

Müəllif Qvami Məhəbbətoğlu sovet dönəmində bir çox beynəlxalq səviyyəli oyunları idarə etmiş Rəhimovun fikirlərinə əsasən "Bu mənim alın yazımdır" adlı kitabı ərsəyə gətirdiyini bildirib: “Futbolla bağlı yazılar hazırlayanda Rüstəm müəllimin açıqlamaları maraqlı göründüyündən, onun bir futbolçu, bir hakim kimi daxili dünyasına da bələd olmağa çalışardım. Bu məqsədlə ona əlavə suallar verər, onları diktofonun yaddaşına köçürərdim. Arxiv materiallarına baxarkən Rüstəm müəllimin səsi yazılmış lent yazılarına bir daha qulaq asmaq qərarına gəldim. Birdən-birə ağlımdan belə bir fikir keçdi: Burada bir kitablıq material var ki... Bəs mən onu niyə üzə çıxarmıram? Bu düşüncələrdən sonra belə bir kitab ərsəyə gətirmək qərarına gəldim. Beləcə, Rüstəm müəllimin həyat yolunu onun özünün dilindən oxuculara çatdırmaq qərarına gəldim. Yəni bir növ bu kitab, idman aləmimizin Rüstəminin monoloqudu".

 

Azərbaycan və rus dillərində çap olunan kitabda həmçinin xarici ölkələrdə yaşayan idman adamlarının – “Neftçi”nin, SSRİ yığmasının sabiq futbolçusu Vitali Şevçenkonun, ukraynalı keçmiş FİFA referesi Miroslav Stuparın, FİFA dərəcəli hakimlər Vadim Jukun, Yuri Baskakovun, Rusiya Hakimlər Komitəsinin sabiq sədri Nikolay Levnikovun və başqalarının da Rüstəm Rəhimovla bağlı xatirələri yer alıb.

 

0