[b]“Azərbaycana getməzdən öncə...” - Matiya Şpiçiçin Bakı xatirələri[/b]
16.02.2017 - 12:57
[b]“Azərbaycana getməzdən öncə...” - Matiya Şpiçiçin Bakı xatirələri[/b]

“Visla” klubu ilə müqavilə imzalayan Bakı “İnter”inin sabiq müdafiəçisi Matiya Şpiçiç Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb.

 

- Karyeranız ərzində tez-tez komanda dəyişməyiniz nə ilə bağlıdı?

- Futbolçu həyatına bu da aiddi. Hərçənd, heç də həmişə futbolçunun planlarına daxil olmur. Karyerama doğma ölkəmdə başlamışam. Həmin vaxtdan Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstandan təklif almışam və onları dəyərləndirmişəm. Əslində, mən də tez-tez klub dəyişmək istəməzdim.

 

- Çıxış etdiyiniz klublardan hansında özünüzü daha yaxşı hiss etmisiz?

- Rusiya və Azərbaycan komandalarında. Hər iki ölkədə formasını geyindiyim klublar yaxşı təşkilatlanmış idilər. Əla komandamız var idi. Həqiqətən də, Rusiya və Azərbaycanda özümü yaxşı hiss edirdim.

 

- Statistikanıza nəzər salsaq, “İnter”dəki ilk mövsümünüzdə çempionatda 20-dən çox oyun keçirdiyiniz halda, sonrakı mövsümdə cəmi 7 matçda meydana çıxmısız. Bu ilə əlaqədar idi?

- Bu, legioner limiti ilə bağlı idi. Limiti azaltdılar, bu da mənim oyunuma yaxşı təsir etmədi. “İnter”lə müqaviləm bitmək üzrə idi. Onlar sözləşməmin müddətini uzatmaq istəyirdilər, amma mən razılaşmadım. Çünki daha orda qalmaq istəmədim. Amma qeyd etməliyəm ki, təşkilatçılıq baxımından Azərbaycanda hər şey yaxşı idi. Bu ölkənin futbol klubları inkişaf edirlər, Avropada hər dəfə daha uğurlu nəticəyə imza atırlar. 

 

- Müxtəlif ölkələrdə futbol oynamaq daha çox mədəniyyətlə tanış olmağınıza şərait yaradıb. Ən çox nəyə təəccüblənmisiz?

- Elə də böyük sürprizlə qarşılaşmamışam. Məsələn, Bakıya getməmişdən öncə Balkan ölkələrindən olan və Azərbaycanda oynamış bir neçə futbolçu ilə danışdım. Onlar dedilər ki, Azərbaycan normal ölkədi, insanlar adi qaydada yaşayırlar. Dedikləri düz çıxdı. Bakı möhtəşəm şəhərdi, öz ahəngi ilə seçilir. Şəhərin inkişafı üçün çoxlu pullar xərclənilir. Azərbaycanlılar bir anın içində Dubay yaratmaq istədiklərini deyirlər. Xərclənən böyük məbləğdə pulları şəhərin infrastrukturunda görmək mümkündü. Bunun sayəsində şəhər ildən-ilə daha da müasirləşir.

 

 

0