[b]“Fənərbaxça” ispaniyalı futbolçu ilə danışıqlara başladı[/b]
16.02.2017 - 13:41
[b]“Fənərbaxça” ispaniyalı futbolçu ilə danışıqlara başladı[/b]

“Arsenal”ın ispaniyalı futbolçusu Santi Kasorla karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı “Mirror” nəşrinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

 

“Sarı-lacivərtlilər”in baş məşqçisi Dik Advokat rəhbərliklə görüşündə Kasorlanın oyununu bəyəndiyini və onu komandasında görmək istədiyini bildirib. Bundan sonra hərəkətə keçən İstanbul təmsilçisi qarşı tərəflə danışıqlara start verib. “Fənərbaxça” 32 yaşlı xavbeki heyətinə qatmaqda israrlıdı.

 

Qeyd edək ki, karyerası ərzində “Vilyarreal”, “Rekreativo” və “Malaqa” klublarının da formasını geyinmiş Kasorla 2012-ci ildən “Arsenal”ın üzvüdü.

0