[b]Almeyda “Qəbələ” ilə oyun barədə: Heç bir rəqib... [/b]
16.02.2017 - 15:44
[b]Almeyda “Qəbələ” ilə oyun barədə: Heç bir rəqib... [/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” ilə keçiriləcək oyun barədə fikirlərini bildirib. Apasport.az saytı klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, braziliyalı futbolçu matça ciddi hazırlaşdıqlarını qeyd edib.

 

Almeyda rəqiblər arasında fərq qoymadıqlarını vurğulayıb: “Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki baş məşqçimizin bizdən tələbi odu ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq".

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı fevralın 19-da keçiriləcək. 

0