[b]Gürcüstan yığmasının futbolçusu “Zirə”yə keçdi[/b]
16.02.2017 - 18:01
[b]Gürcüstan yığmasının futbolçusu “Zirə”yə keçdi[/b]

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün “qartallar”ın sıralarına qoşulub.

 

22 yaşlı futbolçu mövsümün sonuna qədər komandanın formasını geyinəcək.
Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan keçib.

 

2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tiflisin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. Giorgi həmçinin Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 2012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlib.

 

0