[b]“Rəvan”a məğlubiyyət baha başa gəldi[/b]
16.02.2017 - 23:03
[b]“Rəvan”a məğlubiyyət baha başa gəldi[/b]

“Şəmkir” baş məşqçisini istefaya yollayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Birinci divizionun XV turunda “Rəvan”la qarşılaşan qərblilər 1:2 hesablı məğlubiyyətə üzülüblər. Bu nəticə klub rəhbərliyinin narazılığı ilə qarşılanıb və Qəhrəman Əliyevlə yollar ayrılıb.

 

Onu müvəqqəti olaraq köməkçisi işləmiş Mehman Yunusov əvəzləyəcək. 

0