Berti Foqts: “Azərbaycan milli komandası ilə müqavilə bağladığımı söyləmək hələ çox tezdir”
31.03.2008 - 18:39
Berti Foqts: “Azərbaycan milli komandası ilə müqavilə bağladığımı söyləmək hələ çox tezdir”
62 yaşlı mütəxəssis bildirib ki, yaxın günlərdə bir sıra məsələlərin həlli üçün ikitərəfli görüş keçiriləcək: “Bu yaxınlarda Almaniyada görüşümüz nəzərdə tutulub. Çünki bir çox məsələlər açıq qalıb və onların həlli vacibdir”.
Qeyd edək ki, AFFA və B.Foqts arasındakı iki illik rəsmi müqavilənin aprelin 3-də Münhendə imzalanması planlaşdırılıb.
0