[b]“Trabzonspor”un bəyənmədiyi oyunçu Premyer Liqada[/b]
17.02.2017 - 00:28
[b]“Trabzonspor”un bəyənmədiyi oyunçu Premyer Liqada[/b]

Uruqvaylı oyunçu Martin Kasaresin yeni klubunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Premyer Liqa təmsilçisi “Sauthempton”la anlaşıb.

 

Tərəflər mövsümün sonuna kimi anlaşma əldə ediblər. Son klubu “Yuventus” olan Kasares ardıcıl zədələr səbəbindən Turin klubunda möhkəmlənə bilməmişdi.

 

Qeyd edək ki, uruqvaylı ilə qış “transfer pəncərəsi” zamanı “Trabzonspor” ciddi maraqlansa da, sonradan bu keçiddən imtina etmişdi.

0