SİZİN REKLAM BURADA

"Azəryol" "Azərreyl"i ümidləndirdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrənin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçı “Telekom”la “Azəryol” arasında keçiriləcək.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrənin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi matçı “Telekom”la “Azəryol” arasında baş tutub.

 

Çempionluğa doğru inamla irəliləyən Zoran Qayiçin yetirmələri bu gün büdrəyiblər. Onlar ölkə çempionatında 314 gündən sonra məğlubiyyət acısı yaşayıblar.

 

Belə ki, qarşılıqlı hücumlar şəraitində start götürən görüşün ilk hissəsi gərgin alınıb. Rəqibi ilə müqayisədə səhvsiz oynayan Eldar Yusubovun yetirmələri dueldən qalib ayrılıblar.

 

İkinci hissə “Telekom”un üstünlüyü ilə başlayıb. Lakin onlar bu üstünlüyü sonadək qoruya bilməyiblər. “Azəryol” fərqi 2 setə çatdırıb.

 

Vitse-çempionun 3-cü hissədə də dönüş etmək arzusu alınmayıb. Əsəblərini cilovlaya bilməyən komanda yekunda darmadağına üzülüb – 0:3.

 

“Azərreyl” isə bundan məharətlə istifadə edib. “Lokomotiv”lə qarşılaşan Famil Ağayevin yetirmələri rəqiblərinə bir set belə güzəştə getməyiblər. Düzdü, 2-ci hissədə “Lokomotiv” hesabı bərabərləşdirməyə yaxın olub. Lakin daha təcrübəli “Azərreyl” buna imkan verməyib və 3:0 hesabı ilə qalib gəlib.

 

Bu oyunlardan sonra turnir cədvəlində dəyişiklik olmasa da, rəqabət yenidən bərpa edilib. “Azəryol”un qələbəsi “Azərreyl”i yenidən çempionluq “savaşı”na atıb. Artıq “dəmiryolçular”dan 1 matç çox keçirən “Telekom” son çempionu cəmi 3 xal qabaqlayır. “Azəryol” isə qələbə sayəsində 3-cü pillədəki yerini möhkəmlədib.

 

 

17 fevral

 

“Lokomotiv” – “Azərreyl” - 0:3 (10:25, 24:26, 15:25)

“Azərreyl” Voleybol Mərkəzi

I dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)

II dövrə: “Lokomotiv” - “Azərreyl” - 0:3 (20:25; 12:25; 15:25)

 

“Azəryol” – “Telekom” - 3:0 (26:24; 25:22, 25:20)

“Azərreyl” Voleybol Mərkəzi

I dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)

II dövrə: “Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)

III dövrə: “Telekom” – “Azəryol” - 3:1 (25:19, 25:15, 19:25, 25:21)

 

 Telekom

12

11

1

33-14

1096-877

29

Azərreyl

11

8

3

30-11

939-741

26

Azəryol

12

6

6

24-18

928-838

19

Lokomotiv

11

2

9

7-28

585-829

6

Gürcüstan

8

0

8

1-24

357-620

0

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

1

1 0 0 3-1 3

2.

Zirə

1

1 0 0 2-1 3

3.

Qəbələ

1

1 0 0 2-1 3

4.

Sumqayıt

1 1 0 0 2-1

3

5.

Kəpəz

1

0 0 1 1-2 0

6

Səbail

1

0 0 1 1-2 0

7.

İnter

1

0 0 1 1-2 0

8.

Neftçi

1

0 0 1 1-3 0
               

 

Top 10