SİZİN REKLAM BURADA

“Qarabağ”ın futbolçusunu gözləyən təhlükə

Sabiq FİFA referisi Fariz Yusifov mövsümdə ilk dəfə “Qarabağ”ın səfər oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Qarabağ” qarşılaşmasını idarə edəcək hakim əvvəlki 18 turda hər iki komandanın yalnız ev oyunlarında iş başında olacaq.

 

Bunadək Yusifovun rəqiblərin hərəsi ilə iki dəfə kəsişib. Maraqlıdı ki, həmin matçlarda “Qarabağ”la “Qəbələ” nəinki məğlub olmayıb, heç qol da buraxmayıb.

 

Ağdam təmsilçisi XII turda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlsə də, iki tur sonra “İnter”in müqavimətini qıra bilməyib – 0:0. Bu qarşılaşmalarda hakim “Qarabağ”a 6, rəqiblərinə 5 sarı vərəqə göstərib.

 

Maraqlıdı ki, sabiq FİFA referisi idarə etdiyi hər iki matçda Dani Kintana və Qara Qarayevi cəzalandırıb. Bir sözlə, Yusifov onları hər görəndə “sarı”ya qonaq edir. Kintana bu dəfə zədəlidisə, Qarayevi yenə təhlükə gözləyir.

 

“Qəbələ” I turda “Kəpəz”ə 2, XVI turda “Neftçi”yə 1 cavabsız qol vuranda da Yusifov baş hakim olub. Meydan sahiblərinə 7, qonaqlara 2 dəfə xəbərdarlıq edən referi fərqli futbolçuları cəzalandırıb.

 

Ümumiyyətlə isə Yusifov mövsümdə 10-cu Premyer Liqa matçına çıxacaq. Əvvəlki 9 matçın nəticələri “Qəbələ”nin lehinədi. Çünki meydan sahibləri 6 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib. “Qarabağ” qələbə qazansa, referi ilk dəfə qonaq komandanın 3 xal qazanmasına şahid olacaq. Son 5 qarşılaşmada isə qonaqlar qol da vura bilməyib ki, ağdamlılar bu seriyanı qırmağa çalışacaq.

 

9 matçda 43 vərəqə göstərən referi 24 dəfə meydan sahibi, 19 dəfə qonaq komandanı cəzalandırıb. Onun təyin etdiyi penaltilərin hərəsi bir qapıya təyin olunub.

 

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

1

1 0 0 3-1 3

2.

Zirə

1

1 0 0 2-1 3

3.

Qəbələ

1

1 0 0 2-1 3

4.

Sumqayıt

1 1 0 0 2-1

3

5.

Kəpəz

1

0 0 1 1-2 0

6

Səbail

1

0 0 1 1-2 0

7.

İnter

1

0 0 1 1-2 0

8.

Neftçi

1

0 0 1 1-3 0
               

 

Top 10