[b]“Meydanda futboldan çox güləş gedirdi” – Zaur Svanadze[/b]
18.02.2017 - 18:08
[b]“Meydanda futboldan çox güləş gedirdi” – Zaur Svanadze[/b]

“Ağır oyun idi. Çünki hər iki komanda eyni taktika ilə oynayırdı. Belə olan halda isə matç demək olar ki, hər futbolçunun təkbətək mübarizəsinə çevrilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının XIX turunda doğma meydanda “Zirə” ilə qarşılaşan paytaxt klubu oyundan 1:1 hesablı bərabərliklə ayırlıb.

 

Gürcü çalışdırıcı görüş haqqında fikirlərini bölüşüb: “Meydanda futboldan çox güləş gedirdi. Təəssüf ki, istədiyimiz kimi oynamaq alınmadı. İndi çalışacağıq ki, “Qarabağ”a qarşı keyfiyyətlə oyun göstərək. Yaxşı hazırlaşmalı və öz oyunumuzu göstərməliyik”.

0