[b]“Neftçi”dən uğursuz start[/b]
18.02.2017 - 18:22
[b]“Neftçi”dən uğursuz start[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” öz meydanında “Kəpəz”lə qarşılaşır. Apasport.az saytının məlumatına görə, görüş meydan sahibləri üçün itki ilə başlayıb.

 

Belə ki, matçın 17-ci dəqiqəsində Ruslan Abışov zədələnib. Sol ayaq arxa əzələsində dartılma olan kapitan oyunu davam etdirə bilməyib. Həkimlərin müdaxiləsindən sonra onun Cavid İmamverdiyev ilə əvəzlənməsi qərara alınıb.

 

Qeyd edək ki, hazırda birinci hissəsi davam edən oyunda hesab açılmayıb. 

0