[b]“Neftçi” – “Kəpəz” oyununda hakim səhvi - VİDEO[/b]
18.02.2017 - 22:56
[b]“Neftçi” – “Kəpəz” oyununda hakim səhvi  - VİDEO[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan “Neftçi” – “Kəpəz” oyunu da hakimlərin mübahisəli qərarlarından yan keçməyib. Apasport.az saytının məlumtına görə, matçın 17-ci dəqiqəsində gəncəlilərin müdafiəçisi Tural Axundovun “Neftçi”li Zdenek Folprextə qarşı cərimə meydançasındakı kobud oyunu zamanı meydan sahibləri penalti gözləsələr də, görüşün hakimləri bu fikirdə olmadılar.

 

Qarşılaşma davam edərkən futbolçular epizoda etiraz etsələr də, bu, referinin fikrini dəyişməyib.

 

Oyun başa çatdıqdan sonra “ağ-qaralar”ın rəsmiləri epizodun videosunu yayımlayaraq hakimin qərarından narazı olduqlarını bildiriblər.

 

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun feysbukda paylaşdığı videonu təqdim edirik.

 

 

0