Anar Salmanov Premyer Liqada yerli hakimləri üstələyib
01.04.2008 - 12:00
Anar Salmanov Premyer Liqada yerli hakimləri üstələyib
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Üç il əvvəl hakimlikdən uzaqlaşdırılan Anar Salmanov Premyer Liqanın arxada qalan hissəsində yerli həmkarlarını üstələyib. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı hakim çempionatın baş tutan 126 oyunundan sonra orta qiymətə əsasən azərbaycanlı ədalət təmsilçiləri arasında birinci yerdədir. Yalnız almaniyalı Mark Simonndan geri qalan A.Salmanov keçirilən turların yarısından az təyinat alıb. Premyer Liqa oyunlarında söz sahibi olan 16 hakimdən yalnız 7-si ən azı 10 dəfə iş başında olub. Mümkün olan oyunların yarıdan çoxunda matç idarə edənlər arasında isə Rövşən Əhmədov birinci pilləni qoruyub. Mövsümün bütün oyunlarını nəzərə aldıqda isə nə R.Əhmədov, nə də A.Salmanov bu mövqeyini qoruya bilib. Yalnız bir oyun idarə edən almaniyalıdan geri qalan Fariz Yusifov Azərbaycan Premyer Liqası və ölkə kubokunda fit çalan 23 yerli hakim arasında birincidir.

Premyer Liqanın hakimləri

Yer

Hakim

Oyun

Orta qiymət

1

Mark Simonn

1

8,20

2

Anar Salmanov

6

8,12

3

Rövşən Əhmədov

16

8,11

4

Fariz Yusifov

13

8,10

5

Babək Quliyev

11

8,07

6

Anar Niyazov

2

8,05

7

Elçin Səmədov

7

7,96

8

Vüsal Əliyev

14

7,92

9

Feyzulla Feyzullayev

5

7,84

10

Eldar Nağıbəyov

12

7,82

11

Əmrah İbrahimov

1

7,60

12

Ceyhun Haşımov

7

7,54

13

İmanxan Sultani

11

7,52

14

Azad Mütəllimov

10

7,51

15

Əfqan Həmzəyev

8

6,95

16

Ramiz Əhmədov

2

6,65



Mövsümün hakimləri

Yer

Hakim

Oyun

Orta qiymət

1

Mark Simonn

1

8,20

2

Fariz Yusifov

17

8,14

3

Rövşən Əhmədov

19

8,09

4

Anar Salmanov

8

8,09

5

Babək Quliyev

14

8,08

6

Vüsal Əliyev

19

8,01

7

Arif Ağayev

1

8,00

8

Habil Əliyev

1

8,00

9

Samir Hüseynov

1

8,00

10

Venera Muradova

2

8,00

11

Zahid Həşimov

2

8,00

12

Hacıəli Ağayev

2

7,95

13

Feyzulla Feyzullayev

7

7,89

14

Anar Niyazov

4

7,88

15

Elçin Səmədov

11

7,87

16

Əli Əliyev

2

7,85

17

Eldar Nağıbəyov

15

7,81

18

Əmrah İbrahimov

3

7,80

19

İmanxan Sultani

15

7,65

20

Ceyhun Haşımov

9

7,62

21

Azad Mütəllimov

12

7,59

22

Elnur Muradov

2

7,40

23

Əfqan Həmzəyev

10

7,12

24

Ramiz Əhmədov

3

7,10

0