[b]Aziz Yıldırım yenidən məhkəmədə[/b]
20.02.2017 - 11:00
[b]Aziz Yıldırım yenidən məhkəmədə[/b]

Türkiyədə danışılmış oyunlarla bağlı yeni məhkəmə öz işinə başlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Silivridə bu gün başlayacaq məhkəməyə bir çox futbol adamı cəlb olunub.

 

Başda “Fənərbaxça” prezidenti Aziz Yıldırım olmaqla, Sərdar Adalı, Tayfur Havutçu, Yılmaz Vural, Emanuel Emenike, Bülənt Uyqun, Göksəl Gümüşdağ, Hikmət Karaman, Ümit Karan, Gökçək Vederson, İbrahim Akın, Məcnun Otyakmaz, Sadri Şenər, İskəndər Alın və Rıza Çalımbay kimi tanınmış klub rəhbərləri, baş məşqçi və futbolçuları da dindirilmək üçün məhkəməyə çağırılıblar.

 

Qeyd edək ki, İstanbul 23-cü Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən məhkəmənin ilk mərhələsi 5 gün çəkəcək.

0