[b]“Telekom”un Çempionlar Liqasında oyununu idarə edəcək hakimlər dəqiqləşdi[/b]
20.02.2017 - 12:25
[b]“Telekom”un Çempionlar Liqasında oyununu idarə edəcək hakimlər dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Telekom”un V turdakı oyununu idarə edəcək hakimlərin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, fevralın 21-də keçiriləcək Polşa “Ximik”i ilə səfər qarşılaşması sloveniyalı Blaz Markeljə həvalə edilib.

 

Ona köməkliyi isveçrəli Stefan Bernstrom edəcək.

 

Qeyd edək ki, Super Liqanın vitse-çempionunun Şetsin şəhərində keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

0