[b]“Neftçi”nin kapitanının durumuna aydınlıq gəldi[/b]
20.02.2017 - 14:16
[b]“Neftçi”nin kapitanının durumuna aydınlıq gəldi[/b]

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” - “Kəpəz” oyununda (0:0) zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib. Bu barədə apasport.az saytına məlumatı klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov verib.

 

O bildirib ki, “ağ-qaralar”ın kapitanı bu gün tibbi müayinədən keçib. Yarımmüdafiəçidə ikinci dərəcəli əzələ dartılması aşkarlanıb.

 

Bu isə o deməkdi ki, Ruslanın reabilitasiya prosesi 7-10 gün çəkəcək. Böyük ehtimalla, zədə səbəbindən XX turun AZAL-la qarşılaşmasını buraxmalı olacaq.

 

Qeyd edək ki, Abışov fevralın 18-də keçirilən matçda zədələndiyi üçün 17-ci dəqiqədə Cavid İmamverdiyevlə əvəzlənib.

0