[b]Uzatma dəqiqələri olmasaydı...[/b]
20.02.2017 - 16:47
[b]Uzatma dəqiqələri olmasaydı...[/b]

Hakimlərin oyunların sonuna əlavə etdiyi dəqiqələr Azərbaycan Premyer Liqasına ciddi təsiri olub. Apasport.az saytının məlumatına görə, mövsümün arxada qalan 19 turunda 12 qol uzatma dəqiqələrində vurulub.

 

Söhbət yalnız ikinci hissənin, matçın sonuna artırılan vaxtdan gedir. Həmin dəqiqələrdə yaşananlar isə bu gün çempionatda intriqanın qalmasına səbəb olub. Uzatma dəqiqələri olmasaydı, çempionluğun taleyi böyük ölçüdə həll edilmişdi.

 

Çünki sonluqdakı 12 qol turnir cədvəlində ciddi dəyişikliklə nəticələnib. Düzdü, bu qollardan 5-i heç bir əhəmiyyət kəsb etməyib. Yəni, hesab dəyişsə də, nəticəyə təsirsiz ötüşüb.

Ən böyük zərbə “Qəbələ”yə dəyib. Əyalət klubu sonluqda 5 xal itirib. Onlar “Sumqayıt” və “Zirə” ilə görüşlərdə qələbəni, “Qarabağ”la matçda heç-heçəni əldən verib. Bu itkilər olmasaydı, Roman Qriqorçukun yetirmələri 47 xalla çempionluğun bir addımlığında idi. Sonluq isə intriqanın qorunmasına əsas səbəbdi.

Digər 7 qol isə bəzilərinin qələbə, bəzilərinin heç-heçə arzusunun üstündən xətt çəkib. 5 qarşılaşmanın sonluğundakı qol matçı sülhə daşıyıb. Yəni, bu matçların uzatma dəqiqəsində bərabərlik qolu vurulub. İki dəfə isə tarazlıq pozulub.

 

Ən böyük zərbə “Qəbələ”yə dəyib. Əyalət klubu sonluqda 5 xal itirib. Onlar “Sumqayıt” və “Zirə” ilə görüşlərdə qələbəni, “Qarabağ”la matçda heç-heçəni əldən verib. Bu itkilər olmasaydı, Roman Qriqorçukun yetirmələri 47 xalla çempionluğun bir addımlığında idi. Sonluq isə intriqanın qorunmasına əsas səbəbdi.

 

Çünki “Qarabağ” əsas rəqibi ilə oyunun uzatma dəqiqəsindəki qol olmadan 42 deyil, 40 xalla qəbələlilərdən 7 xal geri qalacaqdı.

 

“İnter” iki dəfə “Zirə”, bir dəfə “Sumqayıt”la görüşün sonunda qələbəni əldən verib. Bu itirilən 6 xal fonunda bakılılar “Neftçi”ni artırılan dəqiqələrdə yenib və ümumilikdə 4 xal az yığıb.

 

“Zirə” üç, “Sumqayıt” isə iki görüşün uzatmasında 1 xal gətirən topa sevinib. “Neftçi” isə qazana biləcəyi 1 xalı sonda itirib.

 

90-cı dəqiqədən artırılan vaxt olmasaydı turnir cədvəli belə olardı:

1

Qəbələ

19

14

5

0

37-7

47

2

Qarabağ

19

12

4

3

30-10

40

3

İnter

19

10

7

2

28-15

37

4

Sumqayıt

19

6

5

8

17-22

23

5

Zirə

19

6

2

11

14-21

20

6

Neftçi

19

5

3

11

13-31

18

7

Kəpəz

19

3

7

9

12-21

16

8

AZAL

19

1

5

13

8-32

8

 

 

0