[b]Enrikenin əvəzinə Sampaoli?[/b]
20.02.2017 - 18:37
[b]Enrikenin əvəzinə Sampaoli?[/b]

“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli iş yerini dəyişə bilər. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı çalışdırıcının adı “Barselona” ilə birgə hallanır.

 

Belə ki, ispan həmkarlarımız “Barselona”nın baş məşqçisi postunda Luis Enrikeni əvəzləyəcək əsas namizədin məhz Sampaoli olduğunu yazıblar. Lakin xarici mətbuatda “Liverpul”un baş məşqçisi Yurgen Klopp və “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinonun da Barselonaya köçmək şansı yüksək dəyərləndirilir.

 

Qeyd edək ki, Luis Enrike 2014-cü ildən “Barselona”nın “sükanı arxası”ndadı.

0