[b]“Qəbələ”nin sabiq hücumçusu Macarıstanda - FOTO[/b]
21.02.2017 - 10:19
[b]“Qəbələ”nin sabiq hücumçusu Macarıstanda - FOTO[/b]

“Qəbələ”nin mövsümün startı öncəsi imtina etdiyi Aleksey Antonov klub axtarışındadı. Apasport.az saytının məlumatına görə, hücumçu bu dəfə Macarıstanda peyda olub.

 

“Haladaş” klubunun düşərgəsinə yollanan ukraynalı bu komandada baxışdan keçməlidi.

 

Macarıstan çempionatının 7-ci pilləsində qərarlaşan “Haladaş” ölkəsinin ortabablarından sayılır. Antonov baxışdan keçərsə, klubuna avrokuboklara vəsiqələr uğrunda mübarizədə kömək etməlidi.

 

Qeyd edək ki, 2015-16-cı illərdə “Qəbələ”də çıxış edən Antonov əyalət klubunda 46 oyunda 7 qol vurub. Ötən ilin yayından azad agent olan hücumçu bu müddətdə bir neçə klubda baxışdan keçsə də, heç kimə lazım olmayıb.

 

0