[b]Avropa Liqası: Formal və ölüm-qalım oyunları[/b]
21.02.2017 - 11:08
[b]Avropa Liqası: Formal və ölüm-qalım oyunları[/b]

Sabah Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə matçlar 2 günü əhatə edəcək.

 

İlk oyun günündə turnirin favoritləri arasında göstərilən “Mançester Yunayted” və “Şalke” formal xarakterli görüşə çıxacaqlar. Hər iki komanda növbəti mərhələ məsələsinin öhdəsindən ilk qarşılaşmadaca gəlib. Ancaq “Fənərbaxça” – “Krasnodar” matçı böyük gərginlik vəd edir. Rusiyada 1 topla yenilən “Fənər” bunun əvəzini doğma meydanında çıxmağa çalışacaq.

 

Fevralın 23-də isə 13 görüş baş tutacaq. “Roma”, “Beşiktaş”, “Lion” və “Rostov”u da artıq 1/8 finalda hesab etmək olar. Adıçəkilən komandalar bir möcüzə baş verməsə, yollarına davam edəcəklər. Həmçinin, səfərdə minimalhesablı qələbəyə sevinən “Kopenhagen”, “Fiorentina” və “Şaxtyor” da cavab oyunları öncəsi çox şanslıdılar.

 

 

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları

 

22 fevral

21:00. “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya)

Baş hakim: Pavel Raçkovski (Polşa)

İlk oyun – 0:1

 

21:00. “Şalke” (Almaniya) – PAOK (Yunanıstan)

Baş hakim: Luka Banti (İtaliya)

İlk oyun – 3:0

 

21:00. “Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun – 0:3

 

23 fevral

20:00. “Osmanlıspor” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)

İlk oyun – 0:0

 

22:00. “Ayaks” (Hollandiya) – “Legiya” (Polşa)

İlk oyun – 0:0

 

22:00. APOEL (Kipr) – “Atletik” (İspaniya)

İlk oyun – 2:3

 

22:00. “Roma” (İtaliya) – “Vilyarreal” (İspaniya)

İlk oyun – 4:0

 

22:00. “Beşiktaş” (Türkiyə) – “Hapoel” (Beer-Şeva, İsrail)

İlk oyun – 3:1

 

22:00. “Zenit” (Rusiya) – “Anderlext” (Belçika)

İlk oyun – 0:2

 

00:05. “Kopenhagen” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan)

İlk oyun – 2:1

 

00:05. “Fiorentina” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

İlk oyun – 1:0

 

00:05. “Genk” (Belçika) – “Astra” (Rumıniya)

İlk oyun – 2:2

 

00:05. “Lion” (Fransa) – “Alkmaar” (Hollandiya)

İlk oyun – 4:1

 

00:05. “Şaxtyor” (Ukrayna) – “Selta” (İspaniya)

İlk oyun – 1:0

 

00:05. “Sparta” (Çexiya) – “Rostov” (Rusiya)

İlk oyun – 0:4

 

00:05. “Tottenhem” (İngiltərə) – “Gent” (Belçika)

İlk oyun – 0:1

0