[b]AFFA “Qəbələ” və “Qarabağ”ı cəzalandırdı[/b]
21.02.2017 - 12:37
[b]AFFA “Qəbələ” və “Qarabağ”ı cəzalandırdı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarında baş verənlər  müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

 

“İnter” – “Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Zirə”nin qapıçısı Anar Nəzirovun sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alması 1 oyunluq cəza və 200 manat cərimə ilə nəticələnib.

 

AZAL-la ev görüşündə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozub. Bu üzdən də çalışdırıcı oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimələnib.

 

Sumqayıtlılara xəbərdarlıq da edilib. Analoji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

 

“Qəbələ” – “Qarabağ” matçında isə cəzalar daha çox olub. Bu matç ümumilikdə 6400 manatlıq cəriməylə nəticələnib. Hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün əyalət təmsilçiləri hərəyə 800 manat ödəyəcək. Azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat ziyana salıb.

 

“Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına isə daha ağır cəzaya səbəb olub. Əyalət təmsilçisi 4000 manat ödəyəcək.

0