[b]“Arsenal” istəyir, “Napoli” satmır[/b]
21.02.2017 - 13:23
[b]“Arsenal” istəyir, “Napoli” satmır[/b]

“Napoli”nin futbolçusu Lorentso İnsinye karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Gazzetta Dello Sport”a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Arsenal”ın maraq dairəsinə düşüb.

 

“Topçular” italiyalını mövsümün sonunda heyətlərinə qatmaq arzusundadılar. Lakin bunu həyata keçirmək heç də asan olmayacaq. Çünki “Napoli” İnsinye ilə yolları ayırmaq istəmir. Neapol təmsilçisi futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır. Danışıqların necə nəticələnəcəyi maraq doğurur. 

 

Qeyd edək ki, “Napoli”nin yetirməsi olan İnsinye 2012-ci ildən İtaliya yığmasına da dəvət alır. 

0