[b]"İkisi birlikdə rəqibləri məhv edər" - FOTO[/b]
21.02.2017 - 13:54
[b]"İkisi birlikdə rəqibləri məhv edər" - FOTO[/b]

Braziliya millisinin baş məşqçisi Adenor Leonardo Bakki Argentina yığmasının kapitanı Lionel Messinin ünvanına tərif yağdırıb. Apasport.az saytının məlumatına görə, Tite ləqəbli mütəxəssis Messini rəhbərliyi altında görməyi çox arzuladığını söyləyib.

 

Onun fikrincə, Leo hazırda dünyanın ən güclü oyunçusudu: “Qol epizodu yaratmaq baxımından sərhədsiz istedada malikdi. Başqa oyunçuların hiss etmədiyi şeyləri görə bilir. Açığını deyim, onun Braziliyada doğulmasını çox istərdim. Messi kaş braziliyalı olaydı”.

 

Tite Messi ilə “Real”ın hücumçusu Kriştianu Ronaldonu da müqayisə edib. O vurğulayıb ki, bu futbolçular birlikdə çıxış etsələr, qarşısıalınmaz olarlar: “Onlar fərqli oyun üslubuna malikdilər. Ronaldo hədəfə köklənmiş bitirici oyunçudu. Messi isə yaradıcı və sehrlidi. Eyni komandada oynasalar, rəqibləri məhv edərlər”.

0