[b]La Liqada baş məşqçi “savaşı”[/b]
21.02.2017 - 15:10
[b]La Liqada baş məşqçi “savaşı”[/b]

“Sevilya”nın baş məşqçisi Jorje Sampaolinin gələn mövsüm hansı klubu çalışdıracağı maraqla gözlənilir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Barselona”nın maraq dairəsində olan təcrübəli mütəxəssisi klubu buraxmaq fikrində deyil.

 

Belə ki, “Sevilya”nın prezidenti Xose Kastro argentinalı çalışdırıcıya yeni müqavilə təklif edəcəklərini açıqlayıb: “Sampaolinin komandada qalmasını istəyirik. Kollektivə aşıladığı hücum futbolçu bizi sevindirir. Onun 2018-ci ilə qədər olan müqavilə müddətini daha bir il uzatmaq istəyirik və özünə bu təklif etdik”.

 

Prezident eyni zamanda 56 yaşlı çalışdırıcının başqa kluba gedəcəyi təqdirdə, kluba 1,5 milyon avro təzminat haqqı ödəməli olacağını da vurğulayıb.

 

Qeyd edək ki, hazırda La Liqada 3-cü pillədə qərarlaşan “Sevilya” Çempionlar Liqasının 1/8 final mərhələsində “Lester”lə qarşılaşacaq.

0