[b]Baş məşqçi futbolçuya: İli lənət bir köpək kimi süründü[/b]
21.02.2017 - 15:41
[b]Baş məşqçi futbolçuya: İli lənət bir köpək kimi süründü[/b]

“Torino”nun baş məşqçisi Sinişa Mixayloviç komandanın ulduz futbolçularından olan Maksi Lopes haqda maraqlı fikir səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis argentinalını tənqid edib.

 

İtaliya A seriyasının son turunda “Roma”ya 1:4 hesabı ilə məğlub olan turinlilərin yeganə qoluna 84-cü dəqiqədə məhz Maksi Lopes imza atıb. Buna baxmayaraq, Mixayloviç 33 yaşlı forvardın hələ də artıq çəkidən əziyyət çəkdiyini söyləyib: “Maksi Lopesin futbolçu kimi səviyyəsi heç vaxt mübahisə mövzusu olmadı. Vurduğu qola görə sevindim. Amma bir o qədər də Lopesə əsəbiyəm. Hazırkı fiziki durumuna bir neçə həftə çata bilsəydi, nəticələrimiz fərqli olardı. 99 kq-dan 94,5 kq-a düşən kimi qolunu vurdu. Halbuki bütün ili lənət bir köpək kimi süründü”.

 

Qeyd edək ki, Maksi Lopes 2015-ci ildən “Torino”nun formasını geyinir.

0