[b]"Neftçi" hələ pik həddinə çatmayıb” - MÜSAHİBƏ[/b]
21.02.2017 - 17:03
[b]"Neftçi" hələ pik həddinə çatmayıb” - MÜSAHİBƏ[/b]

"Neftçi"nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytının suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, o, müsahibə zamanı komandasının çıxışını dəyərləndirib və gələcək hədəflərindən söz açıb.

 

- "Neftçi”də artıq 5 rəsmi oyun keçirmisiz. Təəssüratınız necədi?

- Prinsipcə, nəticələrimiz qənaətbəxş oldu. Daha çox xal toplaya bilərdik, amma müəyyən səbəblərə görə bunu edə bilmədik.

 

- Hansı səbəblərə görə?

- Gəlin, yenidən o haqda danışmayaq. Hakimliyi müzakirə etmək istəmirəm, bunun mənası yoxdu. Növbəti oyuna hazırlaşmaq lazımdı.


- Baş tutmuş oyunlardan hansını xüsusi qeyd edərdiz?

- Qalib gəldiyimiz oyunlar daha yaxşı yadda qalıb. Biz "İnter”ə və "Sumqayıt”a qarşı yaxşı çıxış etdik. "Sumqayıt”la görüş daha ağır oldu, çünki qarlı meydançada mübarizə aparmaq məcburiyyətində qaldıq. Bununla belə, qələbə qazanmağı bacardıq.

Ukrayna millisində oynamağı çox istəyirəm. Məncə, əgər "Neftçi” qələbələr qazanıb, avrokubokların qrup mərhələsinə vəsiqə əldə etsə...


- Komanda məşqçilərin tələb etdiyi oyunu göstərə bilirmi?

- Xeyr, "Neftçi” hələ pik həddinə çatmayıb. Amma biz inkişaf edirik və fikrimcə, bu hiss olunur. Məsələn, son iki oyunda qol buraxmamışıq. Belə deyirlər, əgər arxada "sıfır”dısa, irəlidə həmişə nə isə fikirləşmək olar.

 

- Ümumilikdə komanda son 5 matçda cəmi 3 qol buraxıb. Hətta çoxlarında belə təəssürat yaranır ki, siz müdafiənin mərkəzindəki komanda yoldaşınız Pavel Dreksa ilə əvvəllər birlikdə oynamısız, sadəcə bunu ustalıqla gizlədirsiz...

- Belə şey olmayıb (gülür). Sadəcə, müəyyən məktəb varsa, uyğunlaşma prosesi çox vaxt aparmır. Həqiqətən də, Pavellə bir-birimizi yaxşı başa düşürük, futbol dili hər bir halda eynidi. Bununla belə, komanda qol buraxmırsa, bu, təkcə bizim yox, bütün futbolçuların əməyidi.


- Siz Ukrayna yığmasının heyətində gənclər arasında Avropa çempionu olmusuz. Milliyə də dəvət almağa ümid edirsiz?

- Təbii ki, Ukrayna millisində oynamağı çox istəyirəm. Məncə, əgər "Neftçi” qələbələr qazanıb, avrokubokların qrup mərhələsinə vəsiqə əldə etsə, məşqçilərin diqqətini cəlb edə bilərəm.


- Azarkeşlərə uyğunlaşmağa macal tapmısız?

- Bəli, "Neftçi” azarkeşlərini çox bəyənirəm. Onlar öz komandalarını sevirlər. Buna təkcə oyunlarda yox, fan-qruplardan birinin ad gününü qeyd edən zaman da əmin oldum. Belə fanatlar yalnız ən yaxşı nəticələrə layiqdilər.

0