[b]“Real”dan təklif: Benzemanı al, Kavanini ver[/b]
21.02.2017 - 17:41
[b]“Real”dan təklif: Benzemanı al, Kavanini ver[/b]

PSJ-nin hücumçusu Edinson Kavani “Real”ın maraq dairəsinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi uruqvaylı forvardın keçidini həll etmək üçün dəyişikliyə də razıdı.

 

Belə ki, madridlilər Kavaninin qarşılığında Kərim Benzemanı PSJ-yə verməyə hazırdı. “Real” rəhbərliyi qarşı tərəflə danışıqlara başlayaraq, dəyişiklik təklifini edib. Fransızların bu təklifi necə cavablandıracağı maraqla gözlənilir.

 

“Real” bir neçə il öncə də Kavanini heyətinə qatmaq istəmiş, amma bu keçidə nail olmamışdı.

 

Qeyd edək ki, Kavani cari mövsümdə ümumilikdə 34, Benzema isə 13 qola imza atıb.

0