[b]Karlo Ançelotti cəzalandırıldı - FOTO[/b]
21.02.2017 - 18:13
[b]Karlo Ançelotti cəzalandırıldı - FOTO[/b]

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb təcrübəli mütəxəssisin “Herta” ilə səfər qarşılaşmasındakı hərəkətidi.


Belə ki, Bundesliqanın XXI turunda Berlində baş tutan görüşdən sonra Ançelotti paltardəyişmə otağına yollanarkən azarkeşlərə orta barmağını göstərib. Bu hərəkətinə görə, federasiya italiyalı çalışdırıcını 5 min avroluq cəriməyə məruz qoyub.

 

Qeyd edək ki, “Herta” – “Bavariya” oyunu 1:1 hesabı ilə başa çatıb.

0