“Mançester Yunayted”in yay planı
21.02.2017 - 19:54
“Mançester Yunayted”in yay planı

“Real”ın futbolçusu Toni Kroosa olan diqqət azalmır. Apasport.az saytının məlumatına görə, alman oyunçu üçün “Mançester Yunayted” israrla təklif göndərir.

 

“Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo futbolçunu sərəncamında görmək istəyir. Klub rəhbərliyi isə onun bu arzusunu yerinə yetirməkdə qərarlıdılar.

 

“MY” rəhbərliyi yay transfer dönəmi üçün 200 milyon avro büdcə ayırıb. Bu vəsaitin əsas hissəsinin Toni Kroosla Antuan Qrizmannın transferinə sərf edilməsi planlaşdırılır.

 

Məlumata görə, “Real” rəhbərliyi “Mançester Yunayted”in istəyindən xəbərdar olsa da, oyunçusunu buraxmaq fikrində deyil.

 

Qeyd edək ki, “qırmızı şeytanlar” Devid Moyesin dönəmində də Kroosu heyətə cəlb etmək üçün bir dəfə cəhd göstərib.

0