“Qalatasaray” oyunçusunu cəzalandırdı
21.02.2017 - 20:25
“Qalatasaray” oyunçusunu cəzalandırdı

“Qalatasaray” futbolçusunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” portuqaliyalı Armindo Brumaya pul cəriməsi kəsib.

 

Buna səbəb oyunçunun “Rizəspor”la oyundan öncə baş məşqçi ilə mübahisə etməsidir. Həmin oyununun heyətindən də kənarlaşdırılan gənc oyunçu səfərə aparılmamışdı.

 

Bruma canını bununla qurtara bilməyib. O, həm də 65 min avro cərimə ödəyəcək.

0