[b]“Monako” “Barselona”nı kölgədə qoydu[/b]
22.02.2017 - 09:40
[b]“Monako” “Barselona”nı kölgədə qoydu[/b]

“Monako” 2016/17 mövsümündə “Böyük beşlik” ölkələrinin ən məhsuldar komandası adına yiyələnib. Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə görüşündə 3:5 hesabı ilə uduzsa da, qol sayını 111-ə çatdırıb.

 

Belə ki, monakolular cari mövsümün bütün turnirlərində üst-üstə 111 qol vurub. Bununla da Leonardu Jardimin yetirmələri “Barselona”nı da kölgədə qoyub. Kataloniyalıların hesabında 109 top var.

 

Qeyd edək ki, “Monako” Liqa1-də 76, Fransa kubokunda 7, Liqa kubokunda 9, Çempionlar Liqasında 19 qol vurub. 

0