[b]“Milyon qolu kim vura bilər? Ancaq “Monako” - Qvardiola[/b]
22.02.2017 - 10:08
[b]“Milyon qolu kim vura bilər? Ancaq “Monako” - Qvardiola[/b]

“Səviyyəli oyun keçdi. Amma cütün taleyi hələ həll edilməyib. Möhtəşəm komandaya qarşı oynadıq”. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Monako”nu qəbul edən “şəhərlilər” 5:3 hesablı qələbə qazanıblar.

 

Oyundan sonra keçirilən mətbuat konfransında ispaniyalı çalışdırıcı fikirlərini bildirib: “Nəticədən çox razıyam. Komandamda bir neçə futbolçu Çempionlar Liqasında ilk addımlarını atır. “Monako”nun bu turnirlə bağlı gözəl tarixi var. İnkişaf etmək üçün arada çətin yollardan keçməlisən. Çox sıx hücumlar qururduq, amma müdafiədə də çoxlu boşluqlar buraxırdıq. Milyon qolu kim vura bilər? Ancaq “Monako”. Bu komandanın sürətli oyunçuları var. Matç ərzində səhvlər buraxdıq, amma təslim olmadıq. İkinci hissədə bəxtimizin gətirdiyi epizodlar da oldu”.

 

Qvardiolanın sözlərinə görə, “Mançester Siti” 1/4 finala çıxmaq istəyirsə, cavab qarşılaşmasında da qollar vurmalıdı: “Monako” ilə oyunda neçə komandanın qol buraxmadığını bilmək istərdim. Amma biz də çoxlu epizodlar yaratdıq. Səfər qarşılaşmasına da bacardığımız qədər qol vurmaq istəyi ilə çıxacağıq. Əgər səfərdə fərqlənməsək, turnirlə vidalaşacağıq”.

 

 

 

 

0