[b]İlkay Gündoğan Azərbaycanla oyuna hazır olacaq[/b]
22.02.2017 - 10:24
[b]İlkay Gündoğan Azərbaycanla oyuna hazır olacaq[/b]

Almaniya yığmasının yarımmüdafiəçisi İlkay Gündoğanın yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Mançester Siti”nin futbolçusu gələn mövsümün əvvəllərində sıraya dönəcək.

 

Ötən ilin dekabr ayında diz bağları qopduğu üçün mövsümü qapayan Türkiyə əsilli oyunçunun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla səfər (26 mart) və San-Marino ilə ev (10 iyun) matçını buraxacağı dəqiqdi. O, həmçinin yayda Rusiyada təşkil ediləcək Konfederasiyalar Kubokunda da məşqçilər korpusunun ixtiyarında olmayacaq.

 

İlkay ən yaxşı halda seçmə mərhələnin sentyabrın 1-də Çexiya ilə səfər görüşündə yığmanın formasını geyinəcək. Bu isə o deməkdi ki, 27 yaşlı oyunçu oktyabrın 8-də Azərbaycanla Kayzerslauterndəki oyunda iştirak edə biləcək.

 

Qeyd edək ki, İlkay Gündoğan zədə ucbatından DÇ-2014 və AÇ-2016-nın final mərhələsini buraxıb.

0