[b]“Qəbələ” Gəncəyə 4 problemlə yollanır[/b]
22.02.2017 - 10:53
[b]“Qəbələ” Gəncəyə 4 problemlə yollanır[/b]

Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ”nin heyətlə bağlı problemləri davam etməkdədi. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” Gəncədəki matça da itkilərlə çıxacaqlar.

 

Uzun müddətə sıradan çıxan Rafael Santos və Vitali Vernidubla yanaşı, Elvin Camalovun da başı zədəsini sağaltmağa qarışıb. Gənc yarımmüdafiəçi əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb.

 

Bir müddət öncə kor bağırsağından əməliyyat edilmiş Asif Məmmədov artıq özünü yaxşı hiss edir. 30 yaşlı futbolçu sabahdan etibarən məşqlərə start verəcək. Bununla belə, onun “Kəpəz”lə qarşılaşmada meydana çıxmayacağı bildirilir.

 

“Qəbələ” üçün sevindirici məqam isə Rasim Ramaldanovun cəzasını başa vuraraq, sıraya dönməsidi.

 

Qeyd edək ki, fevralın 28-də keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 15:00-da start götürəcək. 

0