[b]Robert Prosineçki, Luis Enrike... - İsko 13-cü olacaq?[/b]
22.02.2017 - 11:01
[b]Robert Prosineçki, Luis Enrike... - İsko 13-cü olacaq?[/b]

“Real”ın yarımmüdafiəçisi İsko mövsümün sonunda komandasını dəyişəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu karyerasını İspaniyada davam etdirməyə çox yaxındı.

 

“Çelsi”, “Yuventus” və “Mançester Siti”nin də maraq dairəsində olan 24 yaşlı oyunçu Madrid klubunun əzəli rəqibi “Barselona”nın formasını geyinmək niyyətindədi. Yeganə problem onun “kral klubu” ilə müqavilə müddətinin 2018-ci ilin yayına qədər olmasıdı.

 

Baş məşqçi Zinəddin Zidanın gələcək planlarına daxil olmayan İsko Kataloniya klubu ilə artıq ilkin razılıq da əldə edib. Yaxın günlərdə klublar arasında danışıqlara start veriləcək.

 

İsko “Barselona”ya transfer olunarsa, futbol tarixində “Real”dan sonra əzəli rəqibin formasını geyinən 13-cü futbolçu olacaq. Sonuncu dəfə Samuel Eto 13 il əvvəl sabiq “Real”lı kimi “Barselona”ya yollanmışdı.

 

Karyerası ərzində əvvəlcə “Barselona”, sonra “Real”da oynamış futbolçu sayı 20-disə, əks marşrut üzrə 12 nəfər hərəkət edib. Onların sırasında hazırda Azərbaycan millisinin “sükanı arxası”nda olan Robert Prosineçki də var. Futbolçu karyerası dönəmində 1991-1994-cü illərdə madridlilərin formasını geyinmiş xorvatiyalı 1996-cı ildə “Sevilya”dan “Barselona”ya keçib. Həmçinin hazırda “Barselona”nın baş məşqçisi olan Luis Enrike də futbolçu ikən bu kluba Madrid nəhəngindən keçib.

 

Əvvəlcə “Real”, sonra isə “Barselona”da çıxış etmiş futbolçular:

Lusiano Lizarraqa (1905)

Xuan Hilario Marrero Peres (1939)

Xesus Mariya Pereda (1961)

Lusyen Müller (1965)

Lorenzo Amador (1980)

George Haci (1994)

Julen Lopetequi (1994)

Robert Prosineçki (1996)

Luis Enrike (1996)

Daniel Qarsiya Lara (1999)

Alfonso Peres (2000)

Samuel Eto (2004)

 

0