[b]Azərbaycan yığması Soçiyə gedir[/b]
22.02.2017 - 11:20
[b]Azərbaycan yığması Soçiyə gedir[/b]

Rusiyanın Soçi şəhərində qadın futbolçular arasında “Kuban baharı” beynəlxalq turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

1998-2000-ci il təvəllüdü futbolçular arasında baş tutacaq turnir martın 17-də start götürüb, 11 gün davam edəcək. Azərbaycan yığması B qrupunda Rumıniya, Rusiya və Belarusla mübarizə aparacaq. Komandamız ayın 18-də Rumıniya, 20-də Rusiya, 22-də Belarusla qarşılaşacaq.

 

Martın 24-də yarımfinal, həmçinin 5-8-ci yerlər uğrunda qarşılaşmalar, 26-da 3-cü, 5-ci və 7-ci yer üçün matçlar, ertəsi final keçiriləcək.

 

0