[b]Yığmamızın revanş şansı[/b]
22.02.2017 - 13:03
[b]Yığmamızın revanş şansı[/b]

Rusiyanın Soçi şəhərində keçiriləcək “Kuban baharı” turnirində iştirak edəcək qızlardan ibarət Azərbaycan yığması tarixində 3-cü dəfə bu yarışa qatılacaq. Apasport.az saytının məlumatına görə, komandamız 2013-cü və 2014-cü illərdə də turnirdə qüvvəsini sınayıb.

 

Əvvəlki iki çıxışı uğursuz olan millimiz səfərə revanş arzusu ilə yollanacaq. Çünki 3 il öncə komandamız Rusiyada acınacaqlı nəticələrlə üzləşib.

 

12 komanda arasında sonuncu olan yığmamız qrup mərhələsində İsrailə 0:1, Rusiya və Rumıniyaya eyni - 0:3 hesabı ilə uduzub. 9-12-ci yerlər uğrunda təsəlliverici oyunlarda isə Macarıstana 1:2, İrana 0:1 və Türkiyəyə 0:2 hesabı ilə yenilən yığmamız hər iki qrupda 4-cü, yekunda isə 12-ci olub. Ardıcıl 6 məğlubiyyətin qisasını almağa çalışacaq komandamız 2013-cü ildə nisbətən uğurlu oynayıb.

 

Qrup mərhələsində Rumıniyaya 0:1, Estoniya ilə Ukraynanın hər ikisinə eyni - 0:2 hesabı ilə uduzan komandamız sonuncu yer sahibi kimi təsəlliverici turnirə yollanıb. 9-12-ci yerlər uğrunda mübarizədə isə Estoniya və Rusiyanın hərəsinə 1 cavabsız qol vuran millimiz Moldova ilə heç-heçədən (0:0) sonra qrupda 1-ci, yekunda 9-cu pillədə qərarlaşıb.

 

0