[b]“Neftçi”, Vyetnam klubu və ya dünya futbolunda qeyri-adi qalmaqal[/b]
22.02.2017 - 15:28
[b]“Neftçi”, Vyetnam klubu və ya dünya futbolunda qeyri-adi qalmaqal[/b]

Dünya futbolunda qeyri-adi qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, Vyetnamın “Donqtam Lonqan” klubunun qapıçısı bilərəkdən qol buraxdığı üçün cəzalanıb.

 

Onun bu addımı atmasına isə hakim qərarı səbəb olub.

 

“Hoşimin Siti” ilə görüşdə hesab 2:2 olarkən referi mübahisəli penalti təyin edib. “Donqtam Lonqan”ın qapıçısı qərara etiraz əlaməti kimi, zərbə zamanı üzünü yana çevirib. O və komanda yoldaşları ardınca bilərəkdən daha iki top buraxıb.

 

Vyetnam Futbol Federasiyası qapıçını 3, klubun baş məşqçi və prezidentini hərəyə 2 il müddətinə yarışlardan kənarlaşdırıb. Klub 6600 avro cərimə də ödəyəcək.

 

Qeyd edək ki, Azərbaycanda da oxşar hadisə yaşanıb. 1993/94 mövsümündə “Turan”la qalmaqallı səfər oyunu zamanı qol buraxandan sonra “Neftçi” futbolçuları etiraz əlaməti olaraq mübarizəni dayandırıblar.

 

Qərblilər isə rəqibin bilərəkdən oynamadığı epizodu qolla tamamlayıb. Ardınca isə bakılılar çempionatdan çıxıb. “Neftçi”nin ağır cəza alan Asiya variantının cəzalardan sonra hansı addım atacağı qeyri-müəyyəndi.

0