[b]Bir, yoxsa iki: Şahin Diniyev kimi aldadır?[/b]
22.02.2017 - 17:45
[b]Bir, yoxsa iki: Şahin Diniyev kimi aldadır?[/b]

“Mənim üçün gözlənilməz mükafatdı. Bəlkə də “Kəpəz”in birinci ildə heç kimin gözləmədən birdən-birə Avropada iki mərhələ keçməsi gözlənilməz olub”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “sputnik.az”a “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Mətbuat Şurasının və "Olimpiya dünyası" qəzetinin dəstəyi ilə "Olimpsport" jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən, ilin ən yaxşı məşqçisi kimi “Kəpəz” klubunun çalışdırıcısı Şahin Diniyev seçilib.  


Bununla bağlı danışan Diniyev ötən ilki çıxışlarının uğurlu olduğunu bildirib: “Başqa klublara baxanda büdcəmizin az olmasına baxmayaraq, bu qədər irəli getməyimizin özü də uğurdu”.

 

Diniyevin “Kəpəz”in birinci ildə heç kimin gözləmədən birdən-birə Avropada iki mərhələ keçməsi gözlənilməz olub” fikirləri isə kökündən yanlışdı

Maraqlıdı ki, ən yaxşı seçilən Diniyevin rəhbərlik etdiyi “Kəpəz” 2016-cı ildə keçirdiyi 39 oyunun 14-də qələbə qazanıbsa, 16 dəfə məğlub olub, 9 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların fərqi də gəncəlililərin əleyhinədi – 48:49.

 

Diniyevin “Kəpəz”in birinci ildə heç kimin gözləmədən birdən-birə Avropada iki mərhələ keçməsi gözlənilməz olub” fikirləri isə kökündən yanlışdı. Əvvəla, “Kəpəz” ötən il Avropa Liqasına öz hesabına vəsiqə qazanmayıb.

 

Belə ki,  “İnter” sanksiya, “Zirə” isə lisenziya problemi ilə üzləşdiyindən avrokuboklara gəncəlilər yollanmışdı. Burada isə komanda Diniyevin dediyi kimi iki yox, cəmisi bir mərhələ adlayıb.

 

Moldova təmsilçisi “Daçiya”nı mübarizədən kənarlaşdıran “Kəpəz” ikinci təsnifat mərhələsində Avstriyanın “Admira” klubuna uduzmuşdu – 0:1; 0:2.

 

 

 

0