[b]AZAL-dan növbəti transfer[/b]
22.02.2017 - 20:19
[b]AZAL-dan növbəti transfer[/b]

AZAL heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” Bəxtiyar Soltanovla anlaşıb.

 

Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov açıqlama verib. Sonuncu klubu birinci divizionda çıxış edən “Qaradağ Lökbatan” olan yarımmüdafiəçi ilə sabah rəsmi müqavilə imzalanacaq.

 

Tərəflər ilk etapda 6 aylıq anlaşmaya qol çəkəcəklər. Əgər klub oyunçudan razı qalsa, növbəti bir illik müqavilə imzalamaq mümkün olacaq.

 

Karyerası ərzində “Bakı”, “Qarabağ”, “Qəbələ” və “Kəpəz” kimi klublarda çıxış etmiş Bəxtiyar müxtəlif yaş qrupları üzrə milli komandalarda da oynayıb.

 

Qeyd edək ki, AZAL bu gün "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Samir Məsimovu da heyətinə qatıb.

0