[b]86 oyunluq həsrətə son[/b]
23.02.2017 - 09:27
[b]86 oyunluq həsrətə son[/b]

Dünyanın ən zəif yığmalarından ikisi arasında yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, San-Marino və Andorra milliləri üz-üzə gəlib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan san-marinolular öz meydanında məğlub olub. Hər hissədə 1 qol vuran sonuncular 2:0 hesablı səfər qələbəsi qazanıb.

 

Bu, Andorra futbolu tarixinə ilk səfər qələbəsi kimi düşüb. Ümumilikdə isə “cırtdan”lar 86 oyunluq qələbə həsrətinə son qoyub. Onların son qələbəsi 2004-cü ilə təsadüf etmişdi. Amdorralılar həmin ilin oktyabrında Makedoniyanı 1:0 hesabı ilə yenmişdi.

 

Qeyd edək ki, Andorra yığması tarixində 4-cü dəfə qalib gəlib.

0