[b]Azərbaycan yığmasına 37 futbolçu çağırıldı[/b]
23.02.2017 - 10:30
[b]Azərbaycan yığmasına 37 futbolçu çağırıldı[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, millimiz Bakıda hazırlıq keçir.

 

Fevralın 25-də başa çatacaq toplanışa 37 futbolçu dəvət alıb. Bunlar Nicat Mehbalıyev, Elvin Cəfərquliyev, Təbriz Xubanov, Elvin Pənahov (hamısı “İnter”), Kənan Allahverdiyev (“Kəpəz”), Nicat Məmmədov, Xəqani Sadıxov, Hüseyin Əhmədov (hamısı “Qarabağ”), Fərid Nadirov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Mustafayev, Məzahir Əhmədov, Əmrah Zülfüqarlı, Faiq Hacıyev, Abbas    Ağazadə, İlkin Abdullayev, Kamran Quliyev (hamısı “Qəbələ”), Xəyal Tomarov, Mehman Məsimov, Bəşir Aylarov, Elvin İmanlı, Hüseyin Hüseynov (hamısı “Neftçi”), Timur Burkov, Çingiz Rəsulov (hər ikisi “Nevski-Front”, Rusiya), Rəvan Hacıyev (“Sancaktepe Belediyespor”, Türkiyə), Vidadi Cəfərov, Xəzər Mahmudov (hər ikisi “Səbail”), Aqşin Hüseynov, İsmayıl Babayev (hər ikisi “Sumqayıt”), Zahid Mərdanov, Şakir Seyidov, Tahir Zeynalov, Kamal Dəndiyev, Nazim Bağırov (hamısı “Vətən”), İlkin Həsənli, Riad Abbaszadədi (hər ikisi “Zirə”).

0