Berti Foqts: “Azərbaycan yığmasından imtina etməyim mümkündür”
01.04.2008 - 18:21
Berti Foqts: “Azərbaycan yığmasından imtina etməyim mümkündür”
Əvvəl heç nə bilmədiyini söyləyən çalışdırıcı DPA agentliyinə açıqlamasında hələlik danışıqların getdiyini deməklə kifayətlənib. Lakin Almaniya mətbuatında B.Foqtsdan nə isə qoparmağa nail olan tapılıb: “Danışıqlar bu həftə keçiriləcək. Mən təsəvvür edə bilərəm ki, bu posta uyğun gəlirəm. Lakin Azərbaycan yığmasından imtina etməyim də mümkündür”. Almaniyalı yazar Azərbaycanın Almaniyaya rəqib olmasını vurğulamaqla yanaşı, anlaşmanın baş tutmasına şübhə edib. Komandamızın FİFA reytinqində 119-cu yerdə olduğunu önə çəkən almaniyalılar vaxtilə Almaniya, Küveyt, Şotlandiya və Nigeriya kimi komandalarda işləyən B.Foqtsun bu addımı ata biləcəyinə inanmaq istəmirlər.
0