[b]“PSJ ilə oyunu xatırlamıram” – Lionel Messi[/b]
23.02.2017 - 13:22
[b]“PSJ ilə oyunu xatırlamıram” – Lionel Messi[/b]

“Barselona”nın hücumçusu Lionel Messi Misirin paytaxtı Qahirə şəhərinə yollanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı futbolçunun səfərdə məqsədi Hepatit C virusunun insan sağlamlığına vurduğu ziyanı dünyaya çatdırmaq olub.

 

Səfər zamanı mətbuat konfransı təşkil edən Messi bu ölkəni çox bəyəndiyini söyləyib: “Misirə ikinci dəfədi gəlirəm. Vaxt çox tez keçir. Zaman məhdudiyyətinə görə bu ölkənin gözəlliklərindən ürəyim istəyən qədər faydalana bilmədim. Məktəbdə oxuyanda Misir piramidaları haqda bəzi məlumatlar əldə etmişdim. Onları canlı görmək möhtəşəmdi”.

 

Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçirilən ilk oyunla bağlı sualı da cavablandıran 30 yaşlı oyunçu 0:4 hesablı məğlibiyyəti unutduğunu deyib: “PSJ-yə məğlubiyyət? Mən bunu artıq xatırlamıram”.

 

Qeyd edək ki, “Barselona” ilə PSJ arasında cavab oyunu martın 8-də "Nou Kamp"da keçiriləcək.

0