SİZİN REKLAM BURADA

İslamiada: Futbol millimiz finalda?

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 23 yaşadək futbolçulardan ibarət yığma təmsil edəcək. Apasport.az saytının məlumatına görə, bu gün Yaşar Vahabzadənin baş məşqçisi olacağı rəsmiləşən komandanın yarışın qalibi adını qazanmağa çalışacaq.

 

Belə ki, İslamiada tarixində 3-cü dəfə futbol turniri keçiriləcək. Əvvəlki iki turnirin nəticələrinə əsasən, yığmamızın əsas rəqiblərinin kimliyini də ehtimal etmək mümkündü.

 

2005-ci ildə Səudiyyə Ərəbistanı yığması evdə təşkil olunan yarışın qalibi olub. Onlar finalda Mərakeşi məğlub edib – 1:0. Bürünc uğrunda matçda isə İran Suriyadan üstün ola bilib – 0:0, p.5:3.

 

2013-cü ildə də finalda meydan sahibi ilə Mərakeş qarşılaşıb. Bu dəfə təşkilatçı ölkə İndoneziya olub. Amma afrikalılar rəqib meydanında 2:1 hesablı qələbəyə sevinib. Səudiyyə Ərəbistanına eyni hesabla qalib gələn Türkiyə isə 3-cü yerlə kifayətlənib.

 

Hər iki turnirdə finala çıxan Mərakeşin və daim yarımfinalda olan Səudiyyə Ərəbistanının Bakıya gələcəyi halda mükafatlar üçün döyüşəcəyi şübhə doğurmur. Amma Azərbaycan millisi də ənənəni davam etdirməlidi. Söhbət meydan sahiblərinin finala çıxması tendensiyasından gedir. Komandamız həm Səudiyyə Ərəbistanı, həm İndoneziyanın gerçəkləşdirdiyini təkrarlamalıdı.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220