[b]Çempionlar Liqasında yeni rekord[/b]
23.02.2017 - 15:15
[b]Çempionlar Liqasında yeni rekord[/b]

Çempionlar Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsində vurulan qol sayı turnirdə ilkə səbəb olub.

 

Belə ki, mərhələnin geridə qalan 8 qarşılaşmasında ümumilikdə 34 qol vurulub ki, bu da yeni rekord deməkdi. Fərqli nəticələrin qeydə alındığı ilk matçlara əsasən, orta hesabla hər oyuna 4,25 top düşüb.

 

Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin ilk oyunlarında “Benfika” Dortmund “Borussiya”sını (1:0), PSJ “Barselona”nı (4:0), “Bavariya” “Arsenal”ı (5:1), “Mançester Siti” “Monako”nu (5:3), “Atletiko” “Bayer”i (4:2), “Real” “Napoli”ni (3:1), “Sevilya” “Lester”i (2:1), “Yuventus” isə “Porto”nu (2:0) məğlub edib.

0