[b]Yaşar Vahabzadənin menyusuna![/b]
23.02.2017 - 16:33
[b]Yaşar Vahabzadənin menyusuna![/b]

Mayda keçiriləcək İslam Həmrəylik Oyunlarında futbol üzrə Azərbaycan yığmasında oynamağa namizədlərin siyahısı bəllidi. Apasport.az saytının məlumatına görə, bunlar Azərbaycan Premyer Liqasında çıxış edən və yarışın meyarlarına cavab verən futbolçulardı.

 

Çünki çempionatımızın əksər futbolçuların İslamiada şansı var. İlk növbədə onu vurğulayaq ki, yarışda hər komanda 23 oyunçu ilə təmsil olunacaq.

 

U-23 yığmalarının mübarizə aparacağı turnirdə yaş həddi 01.01.1994-cü ildən sonra anadan olanlara “yaşıl işıq” bəxş edir. Amma hər millidə yaşı daha yüksək olan 3 oyunçu da çıxış edə bilər.

 

Yaşar Vahabzadənin baş məşqçisi olduğu komandanın heyətinin də üç yolla formalaşacağını söyləmək olar. Bunlardan birincisi yaşı çox olan üç oyunçu ilə bağlıdı.

Yeni milliləşən Renat Dadaşovun və ya yeni kəşflərin də turnirdə çıxışı mümkündü. Amma burada onların klublarının icazəsi də önəmli rol oynayır. Hətta Olimpiya Oyunları kimi daha sanballı turnirdə bəzi ulduzların klublarının sərt təpkisi ilə üzləşdiyi göz qabağındadı.

Burada seçim çox böyükdü. Mütəxəssis veteranlar Rəşad Abdullayevlə Rəşad Sadıqovdan tutmuş nisbətən gənc Araz Abdullayev və Cavid İmamverdiyevədək istənilən oyunçunu komandaya götürə bilər. Ruslan Abışov, Qara Qarayev, Kamran Ağayev və onlarla belə futbolçudan hansının U-23-ə güc qatacağına Vahabzadənin istəyi və əsas yığmanın baş məşqçisi Robert Prosineçkinin xeyir-duası ilə bilinəcək. Çünki DÇ-nin iyundakı seçmə oyunu öncəsi əsas komanda üzvlərinə istirahət, yoxsa oyun praktikasının önəmli olmasına sonuncu cavabdehdi.

 

İslamiadada mübarizə aparacaq “23-lük”dən 20-si 1994-cü il yanvarın 1-dən sonra doğulanlardı. Amma bu tip oyunçuları da iki qrupa bölmək mümkündü.

 

Vahabzadə ölkə xaricində çıxış edən Azərbaycan futbolunun yetirmələri və milliləşən futbolçulara böyük önəm verəcək. U-19, U-21-də çıxış etmişlərdən kiminsə yığmaya qatılması istisna deyil. Yeni milliləşən Renat Dadaşovun və ya yeni kəşflərin də turnirdə çıxışı mümkündü. Amma burada onların klublarının icazəsi də önəmli rol oynayır. Hətta Olimpiya Oyunları kimi daha sanballı turnirdə bəzi ulduzların klublarının sərt təpkisi ilə üzləşdiyi göz qabağındadı.

 

Bir sözlə, 3 yaşlı, təxminən 4-5 legioneri olacaq komandanın əsas hissəsi isə elə Premyer Liqamız hesabına formalaşacaq. Mövsümün arxada qalan 19 turuna baxsaq, Vahabzadəni çətin seçim gözləyir. Çünki çempionatımızda yaşı buna imkan verən kifayət qədər futbolçu var.

 

19 turda İslamiada şansı olan iki qapıçı meydana çıxıb. “Qarabağ”da Şahrudin Məhəmmədliyev 5, “Neftçi”də Maksim Vaylo 4 qarşılaşmanın iştirakçısı olub. Tərlan Əhmədli, Eyyub Əliyev, Emil Balayev kimi qapıçılar isə hələ şans qazanmayıb.

Düzdü, yerli çempionatdan oyunçu seçərkən Vahabzadə əvəzedicilər və diviziona da göz gəzdirəcək. Amma bu yarışlarla müqayisədə daha səviyyəli olan Premyer Liqada kifayət qədər oyunçu olduğundan şanslılar da məhz elita təcrübəsi olanlardı.

Müdafiədə isə seçim daha böyükdü. Tural Hümbətov (AZAL), Abbas Hüseynov (“İnter”), Azad Kərimov (“Kəpəz”), Məqsəd İsayev, Elvin Bədəlov (hər ikisi “Neftçi”), Adil Nağıyev (“Zirə”), Azər Salahlı, Yusif Nəbiyev (hər ikisi “Sumqayıt”) daha çox oynamaları ilə diqqət çəkir. Amma az sayda oynayanlardan Sadiq Quliyev (“Zirə”), Sərtan Taşkın (“İnter”), Murad Musayev (“Qəbələ”), Rahil Məmmədov, Kamal Qurbanov (hər ikisi “Neftçi”) da mayda heyətdə peyda ola bilər.

 

Yarımmüdafiə xətti isə göz oxşayır. “Qarabağ”dan Coşqun Diniyev, “Neftçi”dən Namiq Ələsgərov, Fəhmin Muradbəyli, “Qəbələ”dən Elvin Camalov, son vaxtlar arxa xətdə də oynayan Tellur Mütəllimov, həmçinin Qismət Alıyevlə Roman Hüseynov da Vahabzadənin diqqətini çəkə bilər. Nicat Muxtarov, Kamran Abdullazadə, Seymur Əsədov (hamısı “Sumqayıt”), Vüsal İsgəndərli (“Zirə”), Fuad Bayramov (“İnter”), Orxan Əliyev (“Kəpəz”), Kamal Mirzəyev və Elnur Süleymanovun (hər ikisi AZAL) Premyer Liqadakı oyun praktikası da yolunu aça bilər. Uzun müddətdi rəsmi oyunlarda iştirak etməyən və AZAL-a yeni dönən Samir Məsimovun yaşı da yığmaya düşməyə imkan verir. Amma bunun üçün o da xeyli çalışıb, özünü göstərməlıidi.

 

Hücumçu kimi sifariş olunan və yaşı U-23-ə düşənlər isə Premyer Liqada o qədər də uğurlu çıxış etməyib. Onlardan nisbətən Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Sumqayıt”),  Ruslan Nəsirli (AZAL), Tural Qürbətovu (“Kəpəz”) fərqləndirmək olar. Amma “Sumqayıt”da son vaxtlar şans qazanan Ehtiram Şahverdiyevi də Vahabzadənin heyətində görmək mümkündü. Hələ ilk matçına çıxmayan Qara Qarayev (“İnter”) oyun praktikası qazansa, “23-lük”də yer ala bilər. Amma mütəxəssisin məsul yarış üçün bu kifayətlənə bilməyəcəyini söyləmək mümkündü. Bir sözlə, Vahabzadə Premyer Liqadan kənarda hücumçu axtarmağa məcburdu. Bu üzdən də Dadaşov onun probleminin həlli kimi görünür.

 

Düzdü, yerli çempionatdan oyunçu seçərkən Vahabzadə əvəzedicilər və diviziona da göz gəzdirəcək. Amma bu yarışlarla müqayisədə daha səviyyəli olan Premyer Liqada kifayət qədər oyunçu olduğundan şanslılar da məhz elita təcrübəsi olanlardı.

0