[b]“Fənərbaxça” ciddi itki ilə üzləşdi[/b]
23.02.2017 - 17:36
[b]“Fənərbaxça” ciddi itki ilə üzləşdi[/b]

Avropa Liqasında “Krasnodar” səddini keçə bilməyən “Fənərbaxça” daha bir bəd xəbər alıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərtlilər”in kapitanı Volkan Dəmirəl sıradan çıxıb.

 

Dünənki qarşılaşmada zədələnən 35 yaşlı qolkiper ikinci hissədə əvəzlənmək məcburiyyətində qalmışdı. Bu gün MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən qolkiperin sağ ayağında əzələ yırtığı aşkarlanıb. Həkimlər Volkanın ay yarım yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

 

Qeyd edək ki, Volkan Dəmirəl 2002-ci ildən “Fənərbaxça”nın formasını geyinir.

 

0