[b]Pilotun sayıqlığı “Yuventus”un futbolçularını ölümdən qaytardı[/b]
23.02.2017 - 18:57
[b]Pilotun sayıqlığı “Yuventus”un futbolçularını ölümdən qaytardı[/b]

“Yuventus” ciddi təhlükədən qurtulub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Turin klubu təyyarə qəzasına uğraya bilərmiş.

 

Məsələ burasındadı ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto” ilə səfər qarşılaşmasından sonra kollektiv Turinə qayıtmaq üçün hava limanına yollanıb. Lakin pilot son anda təyyarədə nasazlıq aşkar edib. Bu üzdən yenidən otelə qayıdan futbolçular təyyarənin təmirinin bitməsini gözləyirlər. Komandanın bu gün İtaliyaya dönməsi gözlənilir.

 

Bunu ciddi problem kimi qəbul edən İtaliya mətbuatı “hava gəmisi”nin pilotunun peşəkarlığını xüsusi vurğulayıb. Deyilənə görə, pilot nasazlığı görməsəydi, təyyarə qəzaya uğraya bilərdi.

 

Qeyd edək ki, “Porto” – “Yuventus” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

0